Makrondan Putinə 3 il sonra İLK ZƏNG - Telefon danışığının DETALLARI

Makrondan Putinə 3 il sonra İLK ZƏNG - Telefon danışığının DETALLARI

Hazırda oxunan: Makrondan Putinə 3 il sonra İLK ZƏNG - Telefon danışığının DETALLARI

257705

Le Parisien qəzetinin yazdığına görə, Fransa prezidenti Emmanuel Makronun Rusiya lideri Vladimir Putinə zəng etməsi əslində İran məsələsi ilə bağlı danışıqlarda Avropa İttifaqının yenidən iştirakçı olmaq cəhdi ilə bağlıdır. 

Bizim.Media xəbər verir ki, qəzetin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, bu zəng Almaniya, Fransa və Böyük Britaniya üçlüyünün İran məsələsində nəzarəti geri qaytarmaq istəyi ilə birbaşa əlaqəlidir.

Jurnalistlər qeyd edirlər ki, Avropa liderləri İranla bağlı problemin diplomatik yolla həll olunması üçün əməkdaşlığın və koordinasiyanın vacibliyini vurğulayıblar.

Kreml isə bildirib ki, Vladimir Putinlə Emmanuel Makron son üç ildə ilk dəfə telefonla danışıblar və əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olub.

Putinlə danışıqdan dərhal sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə əlaqə saxlayıb və Rusiya lideri ilə apardığı dialoq barədə ona məlumat verib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO