Xəbər veridliyi kimi Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı qətlə yetirilən azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovların cənazəsi ötən gün doğulduqları Ağcabədi rayonuna gətirilib.
Qardaşların cənazəsi ailələrinin yaşadığı evə aparılıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Rusyada qətlə yetirilən Səfərov qardaşlarının vida mərasimi keçirilib.
Daha sonra onlar valideynlərinin dəfn olunduğu Hacıbədəlli kənd qəbiristanlığında torpağa tapşırılacaqlar.
Xatırladaq ki, hadisə ötən ayın 27-də səhər saatlarında baş verib. Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın təşkil edib. Əməliyyat zamanı Ziyəddin və Hüseyn Səfərov öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:09 / 01.07.2025
Rusiyada öldürülən qardaşların VİDA mərasimi – FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada öldürülən qardaşların VİDA mərasimi – FOTO/VİDEO
Hazırda oxunan: Rusiyada öldürülən qardaşların VİDA mərasimi – FOTO/VİDEO
257510
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.