Suriyanın İsraildən TƏLƏBİ: “Qoşunlarınızı ərazimizdən çıxarın”

Suriyanın İsraildən TƏLƏBİ: “Qoşunlarınızı ərazimizdən çıxarın”

Hazırda oxunan: Suriyanın İsraildən TƏLƏBİ: “Qoşunlarınızı ərazimizdən çıxarın”

257329

Suriya İsraildən ölkənin cənub hissəsindən hərbi qüvvələrini çıxarmağı tələb edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məsələyə yaxın mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, Suriyada yeni rəhbərliklə İsrailin baş naziri Benyamin Netanyahu arasında görüş ehtimalı da istisna edilmir.

Suriya-İsrail danışıqlarında iştirak edən suriyalı mənbənin sözlərinə görə, iki ölkə arasında əlaqələrin yaranması mühüm əhəmiyyət daşıya bilər. O bildirib ki, Suriya “Hizbullah”, “İslami Cihad” və HƏMAS kimi təşkilatların fəaliyyətinə qarşıdır. Suriyanın İsrail qarşısında irəli sürdüyü əsas tələb – cənubdakı İsrail qoşunlarının çıxarılmasıdır.

Həmin mənbə onu da vurğulayıb ki, Qolan təpələri ilə bağlı məsələ – hansı ki, həm Suriya, həm də İsrail bu əraziyə iddialıdır – hazırda müzakirə mövzusu deyil:

"Hazırda Qolan təpələri problemi ümumiyyətlə müzakirə olunmur. Bu barədə danışmaq hələ tezdir. Burada əsas həlledici qüvvə ABŞ-dır", – deyə mənbə bildirib.
 

Məlumata görə, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasında Suriya lideri Əhməd əş-Şaraanın İsrail baş naziri Netanyahu ilə görüşü mümkün hesab olunur.


Bundan əlavə, Suriya tərəfi yaxın gələcəkdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Dəməşqə tarixi səfərinə hazırlaşır. Bu səfər ərəb dünyasında Suriyanın diplomatik təcridinin sona çatdığına dair daha bir əlamət kimi qiymətləndirilə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO