Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

Hazırda oxunan: Türkiyədə meşə yanğını törədən 17 nəfər TUTULDU

257200

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç son iki gündə baş verən meşə yanğınlarını təşkil etməkdə şübhəli bilinən 17 nəfərin saxlanıldığını bildirib.

Bizim.Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkələrdə paylaşım edərək meşə yanğınlarından zərər çəkən vətəndaşlara dəstəyini ifadə edib.

Ədliyyə naziri qeyd edib ki, prokurorluq orqanları yanğınların səbəblərinin hərtərəfli araşdırılmasını davam etdirir.
 

Onun sözlərinə görə, genişmiqyaslı yanğınların yayıldığı əraziyə düşən Biləcik vilayətinin Gölpazarı rayonundakı həbsxanadan bütün əməkdaşlar və min nəfərdən çox məhkum təxliyə edilib.


Türkiyənin bir sıra vilayətlərində, o cümlədən Ankarada meşə yanğınlarına nəzarət tədbirləri gücləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO