Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb - FOTO

Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb - FOTO

Hazırda oxunan: Qusarda avtomobil qəzasında xəsarət alanların durumu açıqlanıb - FOTO

256980

Qusar rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 7 nəfər (6-sı kişi, 1-i qadın cinsli) Qusar Rayon Mərkəzi Xəstəxasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda AĞIR QƏZA – 10 nəfər xəsarət ALDI – ÖZƏL FOTOLAR


Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd edilib ki, 1994-cü (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərə bədənin müxtəlif nahiyələrinin travması diaqnozu təyin edilib. Hər iki şəxsə zəruri tibbi yardım göstərildikdən sonra onlar özəl tibb müəssisələrindən birinə təxliyə ediliblər.

Beş nəfərə (hər biri kişi cinsli) bədənin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlardan 2 nəfərin vəziyyətləri orta-ağır qiymətləndirildiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Digər şəxslərin müalicəsi isə təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri sabit qiymətləndirilir.

Qeyd edək ki, yaralılardan 5 nəfər Pakistan vətəndaşıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO