Ərdoğan: “İstanbulu zəlzələyə davamlı vəziyyətə gətirməliyik”

Ərdoğan: “İstanbulu zəlzələyə davamlı vəziyyətə gətirməliyik”

Hazırda oxunan: Ərdoğan: “İstanbulu zəlzələyə davamlı vəziyyətə gətirməliyik”

256800

İstanbulu zəlzələyə davamlı vəziyyətə gətirməliyik.

Bizim.Media Türkiyə mətbuatına istinadən bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İstanbul kimi şəhəri qorumaq bizim ən böyük borcumuzdur. Bu vəzifəni yerinə yetirmək üçün İstanbulu fəlakətlərə, xüsusilə zəlzələlərə davamlı etməliyik. 6 fevral zəlzələləri bizə göstərdi ki, hazırlığımızı tamamlamadan yeni güclü zəlzələləri yaşaya bilərik. Biz bu faktı nəzərə alaraq planlarımızı həyata keçirməliyik”, - Ərdoğan bildirib.

O əlavə edib ki, vaxtı ilə CHP zəlzələ nəticəsində dağılmış şəhərlərdə bizim şəhərsalma layihələrimizə qarşı çıxıb:

“Nəticədə bir gecədə 53 min insan həyatını itirdi, ölkəyə 100 milyard dollardan çox ziyan dəydi. Peşman oldularmı? Xeyr, inciməsinlər, biz eyni ağrını bir də yaşaya bilmərik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO