Yaponiyalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Yaponiyalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

Hazırda oxunan: Yaponiyalı diplomatlar İrandan Azərbaycana təxliyə edildi

256747

"Astara" dövlət sərhəd-buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşlarının təxliyəsi həyata keçirilib.

Bizim.Media xəbər verir ki, gecədən bəri təxliyə olunanlar arasında yaponiyalı diplomatlar, Avstraliya, Niderland, İtaliya və Bəhreyn vətəndaşlarına rast gəlinir. Onların ümumi sayı 40-a yaxın olub.

Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş ediblər. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmizin ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO