“Bakubus”un mobil tətbiqi niyə DALANA dirənib? – BNA hələ də cavab VERMİR - FOTO

“Bakubus”un mobil tətbiqi niyə DALANA dirənib? – BNA hələ də cavab VERMİR - FOTO

Hazırda oxunan: “Bakubus”un mobil tətbiqi niyə DALANA dirənib? – BNA hələ də cavab VERMİR - FOTO

25670

“BakuBus” nəqliyyat şəbəkəsinə aid avtobusların hərəkət cədvəlinin onlayn izlənməsi üçün mobil tətbiqin işləmədiyini xəbər vermişdik.  5 aydan çoxdur ki, fəaliyyəti dayanan mobil tətbiq hələ də işləmir. 

Bizim.Media-ya bu barədə növbəti sərnişin şikayətləri daxil olub.
 

MÖVZU İLƏ BAĞLI:

“Parkovka” DÜYÜNÜ – Vahid parklama qura bilməyən BNA cərimə yığmağa 6 milyon XƏRCLƏYİB


Şikayətdə bildirilir ki, avtobusların hərəkət cədvəlinin tənzimlənməsi və məlumatları onlayn izləmə imkanına malik mobil tətbiqin işləməməsi onların işini çətinləşdirib:

“Bu funksiya nə çətin məsələdir ki, işə salınmır. O zaman bu proqramı niyə saxlayıblar? Ləğv eləsinlər getsin. İşlək olmayan tətbiqə nə lüzum var? Proqramın işlək olduğu vaxtlarda bu tətbiq işimizə çox yarıyırdı. Evdən çıxmazdan əvvəl marşurutun nömrəsini tətbiqə daxil edirdik və avtobusun dayanacağa nə vaxt yaxınlaşacağını hərəkət trayektoriyası ilə birgə izləyirdik. İsti havalarda bu tətbiqin işləməməsi vəziyyəti daha da çətinlışdirib. Dayanacaqda nə qədər boş zaman itirmiş oluruq”, deyə şikayətçi sərnişinlərdən biri qeyd edib.  

O, həmçinin mobil tətbiqin işlək olmaması ilə görüntüləri də redaksiyamıza yollayıb. Fotolardan da görünür ki, dayanacaqlararası hərəkət trayektoriyası boşdur. Mobil tətbiq işlək olduğu zaman isə hərəkət trayektoriyasında avtobusların maketi görünür.  

Bizim.Media Bakı Nəqliyyat Agentliyinə (BNA) müraciət etsə də, qurum suallarımızı cavabsız qoyub. 

Xatırladaq ki, 4 ay əvvəl də “BakuBus”-un mobil tətbiqinin işləməməsi ilə bağlı BNA-ya müraciət etmişdik.

Qurumun mətbuat katibi Mais Ağayev sistemdə yenilənmə işlərinin aparıldığını vurğulayaraq,mobil tətbiqin  yaxın vaxtlarda yenidən sərnişinlərin xidmətinə veriləcəyini demişdi. Problem isə 5 aydır dəyişməz olaraq qalır. 

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO