Bayden Azərbaycana hərbi yardımı dayandırsın -TƏLƏB 

Bayden Azərbaycana hərbi yardımı dayandırsın -TƏLƏB 

Hazırda oxunan: Bayden Azərbaycana hərbi yardımı dayandırsın -TƏLƏB 

2565

ABŞ son illər Azərbaycana etdiyi 100 milyon dollardan çox hərbi yardımı dayandırmalı, Yaxın Şərqdə və Dağlıq Qarabağda Amerikanın maraqlarına qarşı fəaliyyət göstərən Türkiyə ilə münasibətlərə yenidən baxmalıdır.

Bizim Media “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, konqresmenlər Adam Şiff, Frank Pallone və Ceki Spayer sözügedən məsələ ilə bağlı ABŞ-ın yeni seçilmiş prezidenti Co Baydenə məktub ünvanlayıblar.

Məktubda bildirilib ki, Azərbaycanın Türkiyə və muzdluların dəstəyi ilə başladığı müharibə yaxın aylarda və illərdə kütləvi humanitar böhrana səbəb ola  bilər:

“Qarabağın statusu ilə bağlı son razılaşmadan narahatıq. Hesab edirik ki, ABŞ və beynəlxalq ictimaiyyət qətiyyətlə hərəkət etsəydi, bu faciəli nəticənin qarşısını almaq olardı”.

Konqresmenlər Co Baydenin oktyabrın 28-dəki seçki bəyanatını dəstəklədiklərini bildiriblər:

“907-ci düzəliş yenidən qüvvəyə minməli, Azərbaycana hərbi yardıma son qoyulmalı və digər ölkələri silah satmamağa, münaqişəni dəstəkləməməyə çağırmalıdırlar. ABŞ hərbi imkanlardan istifadə edərək, qonşularına hücum edən  ölkəni gücləndirməməlidir”.

Məktubda NATO-ya üzv olan, Suriyada, Qarabağda, Kiprdə və digər bölgələrdə ABŞ-ın maraqlarına qarşı fəaliyyət göstərən Türkiyəyə qarşı siyasətin yenidən nəzərdən keçirilməsi vurğulanır:

"Vəzifəyə başlamaqla, bölgədə xarici siyasət, demokratiya, insan hüquqları istiqamətində yeni siyasət formalaşdırmaq imkanınız var. ABŞ Qarabağ münaqişənin ATƏT-in Minsk qrupu formatında həllinə nail olmaq üçün danışıqlara yenidən qoşulmalıdır "

Konqresmenlər Dağlıq Qarabağın infrastrukturunun və iqtisadiyyatının daimi atəşdən və kasset bombalarının tətbiqindən çox əziyyət çəkdiyini vurğulayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO