Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

Hazırda oxunan: Qusarda İctimai Şuraya seçkilər keçirildi - FOTO

256484

Bu gün Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilər keçirilib.

Qusar rayon İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, seçkilər “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq təşkil olunub və rayon ictimaiyyətinin fəal nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan seçki komissiyasının üzvü Əliyulla Nəcərov seçkilərin təşkili və keçirilmə prosesi barədə ətraflı məlumat verib.

Daha sonra çıxış edən Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının cəmiyyətdəki roluna və fəaliyyətlərinin əhəmiyyətinə toxununaraq yeni formalaşacaq Şuraya gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
 

Ardınca iştirakçılara seçki bülletenləri təqdim olunub, seçki proseduru və texniki qaydalar barəsində onlara ətraflı məlumat verilib. Səsvermə başa çatdıqdan sonra bülletenlər müvafiq qaydada toplanaraq açılıb və səslərin hesablanması mərhələsinə keçilib.


Hesablamalar şəffaf şəkildə aparılıb, nəticələr xüsusi protokolla rəsmiləşdirilib. Protokol əsasında İctimai Şura üzvlüyünə seçilmiş şəxslərin siyahısı tərtib olunub. Seçki nəticələrinə əsasən, Vidadi Sevzixanov, Alif Məmmədov, Əliyulla Ağalarov, Jalə Əmirbəyova, Sənan Xəlilov, Nasir Pirseyidov, Canəli Hörmətov Qusar Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya üzv seçiliblər.
















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO