Baş nazir İqtisadi Şuranı toplayıb yeni tapşırıqlar verdi - FOTO

Baş nazir İqtisadi Şuranı toplayıb yeni tapşırıqlar verdi - FOTO

Hazırda oxunan: Baş nazir İqtisadi Şuranı toplayıb yeni tapşırıqlar verdi - FOTO

256474

Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli Fərmanından irəli gələrək Hökumətə verilən tapşırıqların icra vəziyyəti və görülmüş işlər, o cümlədən sahibkarların dövlət qurumlarına müraciətinin elektronlaşması və xidmətlərin rəqəmsallaşması, "Mygov Biznes" altsisteminin yaradılması və rəqəmsallaşmayan dövlət xidmətlərinin "ASAN xidmət"də göstərilməsi, dövlət xidmətlərinin və alınan ödənişlərin optimallaşdırılması, xidmət haqlarının məbləğinə və hüquqi əsasına baxılması və digər cari məsələlər ətraflı müzakirə olunub.
 

Gündəlikdə olan məsələlər üzrə iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib. İclasda iştirak edən ədliyyə naziri Fərid Əhmədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Azərbaycan Prezidentinin Fərmanından ilə gələn tapşırıqlarla bağlı çıxış edib.


Təqdim olunan iqtisadi gündəliyə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO