“Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib.
Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, o lazımi əmək haqqı ilə təmin edilməlidir:
"Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur. Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir. Məsələn, 270 şagirdi bir yerə yığa bilməsək, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan qaldırmağa çalışırıq".
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:15 / 24.06.2025
Məktəblərdə Çin dilinin tədrisi planlaşdırılır – NAZİR AÇIQLADI
Hazırda oxunan: Məktəblərdə Çin dilinin tədrisi planlaşdırılır – NAZİR AÇIQLADI
Hazırda oxunan: Məktəblərdə Çin dilinin tədrisi planlaşdırılır – NAZİR AÇIQLADI
256444
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.