Qandonduran HADİSƏ - Zibillikdən parçalanmış körpə meyiti TAPILDI

Qandonduran HADİSƏ - Zibillikdən parçalanmış körpə meyiti TAPILDI

Hazırda oxunan: Qandonduran HADİSƏ - Zibillikdən parçalanmış körpə meyiti TAPILDI

256432

İspaniyada kommunal xidmət işçiləri zibil konteynerində başı kəsilmiş və bədəni parçalanmış yeni doğulmuş körpənin meyitini tapıblar.

Bizim.Media xəbər verir ki, hadisə barədə “Mirror” nəşri məlumat yayıb.

Körpənin meyitini ilk olaraq zibil daşıyan işçi tapıb və dərhal polisə məlumat verib. Hüquq-mühafizə orqanları hadisə yerində bir sıra ekspertizalar aparıblar və yenidoğulmuş qız uşağının doğuş zamanı sağ olduğu, lakin daha sonra başının kəsildiyi və bədəninin bir neçə hissəyə ayrıldığı müəyyən edilib.

İlkin ehtimallara görə, uşağın anası Latın Amerikasından olan bir qadındır. Ekspertiza nəticələri körpənin DNK-nın latınamerikalı və ya subtropik mənşəli olduğunu göstərib. Bu isə, analitiklərin fikrincə, ananın Cənubi Amerika ölkələrindən birində doğulmuş olması ehtimalını artırır.

Hadisənin 2024-cü ilin dekabrında baş verdiyi güman edilir. Bu səbəbdən, İspaniya Mülki Qvardiyası Madridin Puente-de-Valyekas rayonunda ötən ilin son aylarında hamilə olmuş qadınlar barədə məlumatı olan vətəndaşlara çağırış edərək əməkdaşlığa dəvət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO