Trampın Nobel Sülh Mükafatına namizədliyi geri götürüldü

Trampın Nobel Sülh Mükafatına namizədliyi geri götürüldü

Hazırda oxunan: Trampın Nobel Sülh Mükafatına namizədliyi geri götürüldü

256430

ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi geri çəkilib.

Bizim.Media xəbər verir ki, bu barədə Newsweek nəşri məlumat yayıb.

Namizədliyi Ukrayna parlamentinin Xarici işlər komitəsinin rəhbəri, deputat Aleksandr Merejko irəli sürmüşdü. Lakin sonradan Merejko öz təklifini geri götürdüyünü açıqlayıb.
 

Deputat Newsweek-ə verdiyi açıqlamada qeyd edib ki, "Trampa və onun Rusiya ilə Ukrayna arasında atəşkəs təmin etmə qabiliyyətinə bütün inamını itirib". Onun sözlərinə görə, Trampın Ukraynanın müdafiə-sənaye kompleksinə qarşı Rusiya tərəfindən həyata keçirilən zərbələrə verdiyi zəif reaksiya deputatın ciddi narazılığına səbəb olub.


“O, sakitləşdirmə yolunu seçdi,” – deyə Merejko əlavə edib və bu səbəbdən Trampın namizədliyini geri çağırdığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO