İran ABŞ-ın Qərbi Asiyadakı ən böyük hərbi bazasına hücum edib - VİDEO

İran ABŞ-ın Qərbi Asiyadakı ən böyük hərbi bazasına hücum edib - VİDEO

Hazırda oxunan: İran ABŞ-ın Qərbi Asiyadakı ən böyük hərbi bazasına hücum edib - VİDEO

256288

ABŞ-ın İranın dinc nüvə obyektlərinə hücumuna cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusu Qətərdə yerləşən Əl-Üdeyd aviabazasına – Amerikanın Qərbi Asiyadakı ən böyük hərbi bazasına güclü raket zərbəsi endirdiyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bununla bağlı İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyanat yayıb.

Qeyd edilib ki, “Bəşarət əl-Fəth” əməliyyatı çərçivəsində həyata keçirilən bu cavab hücumu İranın Ali Milli Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib və “Hatəm əl-Ənbiya” Mərkəzi Komandanlığı tərəfindən idarə olunub:

““Vurub qaçmaq” dövrü artıq başa çatıb – təkrar hücumlar ABŞ-ın Qərbi Asiyadakı mövcudluğunun süqutunu sürətləndirəcək.

Gələcək hücumlar regionda həm ABŞ-ın hərbi infrastrukturunun, həm də sionist rejimin süqutuna səbəb ola bilər”.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO