Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO

Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO

Hazırda oxunan: Məşhur təmizlik məhsulunda TƏHLÜKƏ AŞKARLANDI - FOTO

256131

Avropa Birliyinin Qida və Yemlər üçün Sürətli Xəbərdarlıq Sistemi (RASFF) çərçivəsində yayımlanan son məlumatda məşhur "Carrefour" markasının çamaşır suyunda təhlükəli kimyəvi tərkibin aşkarlandığı bildirilib. 

Bizim.Media xəbər verir ki, "Carrefoursa Carrefour" şirkəti tərəfindən satışa çıxarılan məhsulun insan sağlamlığı üçün təhlükə yaratdığı təsdiqlənib.

Rəsmi açıqlamaya görə, problemli məhsulun qablaşdırmasında xəbərdarlıq işarəsi və təhlükəsiz qapanma mexanizmi mövcud deyil.

Bu isə dəri yanıqları və göz zədələnməsi kimi ciddi tibbi fəsadlara səbəb ola bilər. Bu səbəblə məhsul istifadə üçün təhlükəli hesab edilib və tələblərə uyğun olmadığı bəyan edilib. Türkiyə Ticarət Nazirliyi məhsulun satışdan çıxarılması və bazardan toplanması barədə rəsmi qərar verib. İstehlakçılardan bu məhsulu istifadə etməmələri və əldə etdikləri təqdirdə müvafiq satış nöqtələrinə geri qaytarmaları istənilib. (News24.az)


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO