UFC döyüş gecəsinə start verildi - VİDEO

UFC döyüş gecəsinə start verildi - VİDEO

Hazırda oxunan: UFC döyüş gecəsinə start verildi - VİDEO

255984

Bakıda UFC döyüş gecəsinə start verilib.

Bizim.Media xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirin ilk görüşündə ağır çəkidə mübarizə aparan Hamdi Abdel Vahab (Misir) və Muhammad Usman (Nigeriya) üz-üzə gəliblər.

Gərgin və maraqlı keçən döyüş nigeriyalı idmançının qələbəsi ilə yekunlaşıb.
 

Qeyd edək ki, gecənin əsas döyüşləri saat 23:00-dan etibarən start götürəcək. Əsas qarşılaşma keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Gecənin ikinci ən vacib döyüşü Azərbaycan təmsilçisi Rafael Fiziyevlə çilili İqnasio Bahamondes arasında yüngül çəkidə baş tutacaq.


Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onlar, müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbayla qarşılaşacaqlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO