“Paşinyanla danışmağın dilini Azərbaycan yaxşı bilir” - Fərhad Məmmədovdan ŞƏRH

“Paşinyanla danışmağın dilini Azərbaycan yaxşı bilir” - Fərhad Məmmədovdan ŞƏRH

Hazırda oxunan: “Paşinyanla danışmağın dilini Azərbaycan yaxşı bilir” - Fərhad Məmmədovdan ŞƏRH

25591

Paşinyanın qələbəsi, Koçaryanın da parlamentdə təmsil olunması Ermənistanda hakimiyyət davasının sonudur? Koalision hökümət qurula bilərmi? Və bu baş verərsə, üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) razılaşmanın şərtlərinin reallaşdırılmasına nə kimi təsirləri olacaq?

“Hazırkı vəziyyətdə koalision hökumətin qurulmasına ehtiyac yoxdur” deyən politoloq Fərhad Məmmədov Bizim.Media ilə dialoqun davamında bildirdi ki, Paşinyan konstitusion çoxluğu əldə edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Parlamentdə ən azı 71 deputatımız olacaq” - Paşinyan  


Bu da ona təkbaşına hökumətin formalaşdırılması, lazımi qanunların qəbulu və ratifikasiyası tələb olunan müqavilələri parlamentdən keçirtməyə imkan verir:

“Yəni, Nikol indiki şəraitdə 54 faiz səs toplayıb. Eyni zamanda, bonus yerlər də olacaq, çünki 5 faizlik səddi keçə bilməyən siyasi partiyaların da yerləri 5%-i keçən partiya və bloklar arasında bölünəcək. Proporsional sistemin qaydası budur. Bir həftə ərzində MSK yekun protokolu qəbul etməlidir. Bu dövrə qədər hansısa məntəqələrin nəticələrinin ləğvi, yaxud digər fors-major hadisələr baş verməsə, hazırkı vəziyyət Paşinyanın təkbaşına hökumət formalaşdırmasına imkan verir. 

Bu nəticələr Paşinyan üçün məqbuldur və onun tam qələbəsi deməkdir.

O ki qaldı üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsinə, Paşinyan proqnozlaşdırılmayan siyasətçidir. Bizim yadımızdadır ki, 2018-ci ilin payızında başqa cür danışırdı, seçkilərdə qələbə qazandıqdan sonra tamamilə fərqli siyasət yürütməyə başladı.

Seçki dövründəki bəyanatları da ürəkaçan deyildi. Amma praktika onu göstərir ki, Paşinyanı məcbur edərək hansısa qərarın qəbuluna nail olmaq təcrübəsi Azərbaycanda var.  


Cənab Prezident də Ermənistandakı seçkilərdən öncə verdiyi bəyanatda vurğulamışdı ki, seçkilərdən sonra İrəvanda dayanıqlı hakimiyyət formalaşdıqda Azərbaycan ikitərəfli, dövlətlərarası məsələlərin müzakirəsi və böyük sülh müqaviləsinin imzalanması üçün danışıqlar aparmağa hazırdır. Bunun isə hansı vasitəçilərlə həyata keçiriləcəyini zaman göstərəcək. 
Lakin ən azından danışıqlar üçün Ermənistanda dayanıqlı hakimiyyətin formalaşması bir şərt olaraq Azərbaycana lazım idi və bu, demək olar ki, artıq mövcuddur”

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO