Mirasla bağlı YENİLİK – Qanun DƏYİŞİR

Mirasla bağlı YENİLİK – Qanun DƏYİŞİR

Hazırda oxunan: Mirasla bağlı YENİLİK – Qanun DƏYİŞİR

255877

Mirasdan imtina etməmək mirasın qəbulu şərti hesab olunacaq.

Bizim.Media xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Mülki Məcəlləyə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
 

Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.


Mövcud qanunvericiliyə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO