Yastığınız tualetdən daha çirklidir

Yastığınız tualetdən daha çirklidir

Hazırda oxunan: Yastığınız tualetdən daha çirklidir

255836

Aparılan tədqiqatlar göstərir ki, yuyulmamış yastıq üzləri tualet oturacaqlarından 17 dəfə daha çox bakteriya daşıyır.

Bizim.Media “Amerisleep” adlı yataq və döşək şirkətinin apardığı araşdırmada, iştirakçılara 4 həftə ərzində yataq dəstlərini yumaq tapşırılıb.

Nəticələr olduqca təəccüblü olub. Bir həftə sonra yastıq örtüklərində təxminən 3 milyon bakteriya aşkarlanıb. Bu, ortalama tualet oturacağından 17 000 dəfə çoxdur. Dörd həftə sonra isə yastıq üzlərində 12 milyondan çox bakteriya tapılıb.

Bu, ev heyvanlarının yem qablarından 39 dəfə, diş fırçası tutacaqlarından isə 5 dəfə daha çoxdur.

Mütəxəssislər, yastıq üzlərinin həftədə 1 dəfə yuyulmasını, makiyajla yatmamağı və saçınızı yatmazdan əvvəl qurutmağı, yastıq üzlərini yuyarkən isti su və uyğun yuyucu vasitələrədn istifadə etməyi, yastıqları isə hər 1-2 ildən bir dəyişdirməyi tövsiyə edir. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO