Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəldilər – FOTO

Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəldilər – FOTO

Hazırda oxunan: Həbib Nurməhəmmədovla İslam Maxaçev Bakıya gəldilər – FOTO

255713

Tanınmış rusiyalı MMA ulduzları Həbib Nurməhəmmədov və İslam Maxaçev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirində iştirak etmək üçün Azərbaycana gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə "MMA Azərbaycan" məlumat yayıb.

Onlar bu gün “Qarabağ”ın bazasında olublar. MMA ulduzları Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüblər.

Qeyd edək ki, H.Nurməhəmmədov yüngül çəkidə UFC-nin sabiq çempionudur. 2021-ci ildə karyerasını bitirən rusiyalı keçirdiyi 29 görüşün hamısında qalib gəlib.
 

İ.Maxaçev də yüngül çəkidə UFC-nin sabiq çempionudur. Karyerasını davam etdirən idmançı keçirdiyi 28 döyüşün 27-də rəqiblərini məğlub edib.


Xatırladaq ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Gecənin əsas görüşündə Camal Hill və Halil Rountri üz-üzə gələcəklər. Azərbaycanı turnirdə Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov təmsil edəcəklər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO