"Arsenal" "Real Sosyedad"ın futbolçusu Martin Zubimendini transfer edir.
Bizim.Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
London klubu 26 yaşlı dayaq yarımmüdafiəçinin keçidi üçün 60 milyon avrodan çox pul ödəyəcək. Tərəflərin arasında yaxşı münasibətlərin olduğu bildirilir. Bunun nəticəsində də "topçular" ödənişi hissə-hissə verməyi planlaşdırır.
Qeyd edək ki, Martin Zubimendi başa çatan mövsümdə "Real Sosyedad"ın heyətində 48 oyuna çıxaraq 2 qol vurub və 2 qolun ötürməsini edib. Onun İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:00 / 19.06.2025
"Arsenal" onun üçün 60 milyondan çox pul xərcləyir
Hazırda oxunan: "Arsenal" onun üçün 60 milyondan çox pul xərcləyir
Hazırda oxunan: "Arsenal" onun üçün 60 milyondan çox pul xərcləyir
255605
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.