Kamran Əliyevdən yeni rəis TƏYİNATLARI

Kamran Əliyevdən yeni rəis TƏYİNATLARI

Hazırda oxunan: Kamran Əliyevdən yeni rəis TƏYİNATLARI

255593

Baş Prokurorluqda kadr dəyişikliyi olub.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Abdullayev vəzifəsindən azad edilib.

Digər əmrlə, Natiq Abdullayev Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Növbəti əmrlə isə Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov vəzifəsindən azad edilərək, Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO