Xəbər verdiyimiz kimi, Ukraynanın Xalq artisti Ani Lorak Rusiya vətəndaşlığı alıb.
Bizim.Media rus mediasına istinadən xəbər verir ki, Lorakın adı "Mirotvorets" (red. - "Ukraynanın düşməni" hesab edilən şəxslərin siyahısının dərc olunduğu sayt) məlumat bazasına daxil edilib.
O, Ukraynanın sanksiyalarına məruz qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski fərman imzalayıb.
Sanksiyalar arasında aktivlərin bloklanması, ticarət əməliyyatlarına qadağa və Ukrayna ərazisindən kapitalın çıxarılması daxildir. Bundan əlavə, Lorak dövlət mükafatlarından və ölkənin "Xalq artisti" fəxri adından məhrum edilib.
Qeyd edək ki, Ani Lorak Ukraynanı tərk edib və son illər Rusiyada yaşayır.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
16:55 / 19.06.2025
"Xalq artisti" adından məhrum edildi
Hazırda oxunan: "Xalq artisti" adından məhrum edildi
Hazırda oxunan: "Xalq artisti" adından məhrum edildi
255583
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.