Tramp çətin seçim QARŞISINDA – İrana hücum planı ilə bağlı MÜƏMMALI VƏZİYYƏT

Tramp çətin seçim QARŞISINDA – İrana hücum planı ilə bağlı MÜƏMMALI VƏZİYYƏT

Hazırda oxunan: Tramp çətin seçim QARŞISINDA – İrana hücum planı ilə bağlı MÜƏMMALI VƏZİYYƏT

255478

“ABŞ Prezidenti Donald Tramp İranın möhkəmləndirilmiş obyektlərinə mümkün hava zərbəsi planının uğurla nəticələnəcəyinə dair şübhələrə malikdir”.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp administrasiyasının mənbələri bildiriblər ki, prezident yardımçılarından planın effektivliyinə dair ətraflı məlumat almağa çalışır. Tramp əmin olmaq istəyir ki, mümkün hücum həqiqətən zəruridir, ABŞ-ı növbəti uzunmüddətli Yaxın Şərq münaqişəsinə sürükləməyəcək və əsas hədəfə – İranın nüvə proqramının məhv edilməsinə nail olacaq.

“Biz İrana zərbə endirməyə hazırıq. Amma hələ də bunun zəruri olub-olmadığına əmin deyilik”, – deyə administrasiya daxilindəki mənbə bildirib.

Trampın tərəddüdünə səbəb olan digər bir məqam isə ABŞ-ın “Massive Ordnance Penetrator” (MOP) adlı dərin zərbəli bombalarının İranın ən qorunan obyektlərindən biri sayılan Fordo nüvə kompleksini məhv etməyə yetərli olub-olmayacağı ilə bağlı şübhələrdir.

Qeyd olunur ki, MOP bombaları inkişaf mərhələsində bir neçə sınaqdan keçsə də, indiyədək döyüş şəraitində istifadə olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO