“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

“Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

Hazırda oxunan: “Müdafiə haqqında” qanuna dəyişiklik edilə bilər

255435

Ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin iyunun 21-də keçiriləcək iclasının gündəliyinə daxil edilən “Müdafiə haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

Təqdim edilən Qanun layihəsi ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatlarının nəticələrinin təhlili ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaradıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO