“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

“Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

Hazırda oxunan: “Fənərbağça”nın prezidenti “Qarabağ”ın qonağı olub - FOTO

255434

"Fənərbağça"nın prezidenti Ali Koç Azərbaycana səfər edib.

Bizim.Media xəbər verir ki, o, "Qarabağ" futbol klubunun qonağı olub.

Ağdam təmsilçisinin baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Ali Koçla görüşüblər.
 

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.


Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar. Görüşün sonunda Ali Koça klubumuzun forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.




Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO