“Zirə” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU

“Zirə” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU

Hazırda oxunan: “Zirə” və “Araz Naxçıvan”ın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU

255401

Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil edilən tədbirdə Azərbaycan klublarının rəqibləri bəlli olub.
 

Premyer Liqanın gümüş medalçısı “Zirə” “Hayduk”a (Xorvatiya) rəqib olub. Bakı təmsilçisi ilk matçı evdə keçirəcək. İkinci görüş səfərdə baş tutacaq.


Azərbaycan çempionatının bürünc medalçısı "Araz-Naxçıvan" isə "Aris"lə (Saloniki, Yunanıstan) üz-üzə gələcək. Naxçıvan klubu birinci qarşılaşmasını evdə, ikincini səfərdə keçirəcək.

Qeyd edək ki, bu mərhələnin ilk oyunları iyulun 24-də, ikinci matçları bir həftə sonra baş tutacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO