Azərbaycanla İran arasında yeni körpü tikiləcək - RƏSMİ

Azərbaycanla İran arasında yeni körpü tikiləcək - RƏSMİ

Hazırda oxunan: Azərbaycanla İran arasında yeni körpü tikiləcək - RƏSMİ

25527

İran və Azərbaycan arasında Astaraçay üzərində 1 il ərzində körpünün inşa olunması qərara alınıb.

Bizim.Media xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

S.A.Musəvinin sözlərinə görə, iyunun 9-da iki ölkə arasında Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün tikilməsi haqqında memorandum imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Arazın su ehtiyatı bölüşdürülür - İranla Azərbaycan arasında mühüm sənəd


İran səfiri qeyd edib ki, hazırda çay üzərindəki körpü 2-ci Dünya Müharibəsi dövrünə aiddir. Bütün yükdaşımalar bu körpünün üzərindən həyata keçirilir və yeni körpünün istifadəyə verilməsi ilə köhnə körpüdən yükdaşıma azalacaq:

"Körpünün inşasına təxminən 4,5-5 milyon avro vəsait xərclənəcək və iki ölkə tərəfindən birlikdə inşa olunacaq. Bu körpünün istifadəyə verilməsi ilə iki ölkə arasında ticarət dövriyyəsi, idxal, ixrac və tranzit artacaq.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasına əsasən, ötən ilin martından bu ilin martına qədər İranla Azərbaycan arasındakı ticarət dövriyyəsi 587 milyon dollar dəyərində 1,02 milyon ton məhsul təşkil edib. (trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO