XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

Hazırda oxunan: XİN: 60-dan çox Azərbaycan vətəndaşı İran sərhədini keçib

255224

İsrail və İran arasında yaranmış mövcud qarşıdurma ilə əlaqədar İsrail Dövlətindəki səfirliyimizdə, İran İslam Respublikasındakı səfirliyimizdə, habelə Təbriz şəhərindəki baş konsulluğumuzda yaradılmış qaynar xətlərə daxil olan müraciətlərə gündəlik əsasda baxılır.

Bizim.Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Çinin 26 vətəndaşı İrandan Azərbaycana təxliyə edildi – FOTO


O deyib ki, İranı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarının, eləcə də digər ölkələrin vətəndaşlarının quru sərhədindən keçidi istiqamətində müvafiq icazələrin alınması üçün tədbirlər davam etdirilir.

İsraildə vətəndaşlarımız müvafiq olaraq qonşu Misir və İordaniyaya yönləndirilir.

Ayxan Hacızadənin sözlərinə görə, indiyə qədər İrandakı səfirliyimizə və baş konsulluğumuza ümumilikdə 500 nəfərə yaxın Azərbaycan vətəndaşının müraciəti daxil olub, onlardan 60 nəfərdən artıq vətəndaşımız sərhədi keçib.
 

Bununla yanaşı, 51 ölkədən 1200-dən artıq müraciət hazırda nəzərdən keçirilir və onların sərhəddən keçidinə müvafiq icazələr təmin olunur.


“İsraildə olan 34 nəfər vətəndaşımızın İordaniyaya keçidi üçün müvafiq tədbirlər görülüb”, - deyə XİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO