Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

Hazırda oxunan: Müəllimlərin narazı qaldığı suallarla bağlı RƏSMİ CAVAB

255205

“Müəllimlər şagirdlərə öyrətməli olduqlarından imtahan verirlər, şagirdləri qiymətləndirmə olduqları mövzudan qiymətləndirilirlər. Bizim sertifikasiya qaydalarımız kifayət qədər loyaldır.

Çünki biz müəllimə tədris etdiyi fəndən nə qədər keçməlidir, öyrətməlidirsə, o qədər soruşuruq. Müəllimlər imtahanda onlara hansı sualların düşəcəyini bilmədikləri üçün narazı qalmamalıdırlar”.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, bildirib ki, sertifikasiyada çətin deyilən sual, çətin deyil, kompleks sualdır:

“İçərisində bir neçə addımın həyata keçirilməsini həyata keçirən sualdır. Müəllim bir suala konkret cavab vermir, bir sual ətrafında minimum üç addım etməlidir ki, gəlib düzgün cavaba çatsın”.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO