Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib.
Bizim.Media xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları qəsəbədə yerləşən bir neçə ictimai iaşə obyektində yoxlamalar aparıblar. Səbəb sakinlərin gecə vaxtı səs-küy ilə bağlı etdiyi şikayətlər olub.
Yoxlama zamanı bəzi obyektlərin gecə saatlarında qanunla qadağan olunan səviyyədə musiqi səsləndirdiyi müəyyən edilib. Bu obyektlərdə musiqi dayandırılıb, sahibləri ilə söhbət aparılıb və qaydaları pozduqlarına görə cərimələniblər.
Qeyd edək ki, belə hallar davam edəcəyi təqdirdə bu dəfə daha sərt tədbirlər görüləcəyi bildirilib.
Polis əməkdaşları tərəfindən nəzarət tədbirləri davam etdirilir. (Qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:57 / 17.06.2025
Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi
Hazırda oxunan: Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi
Hazırda oxunan: Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi
255161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.