Ürəyimiz şirniyyat istəyəndə ağlımıza ilk versiya kimi şokolad gəlir, lakin sağlam qida olmadığına və çəki artımına səbəb olacağını düşündüyümüz üçün özümüzü saxlamağa çalışırıq.
Bizim.Media Türkiyənin “sabah” qəzetinə istinadla xəbər verir ki, son araşdırmalar şokoladı müəyyən saatda yeməyin faydalı olduğunu üzə çıxarıb.
Harvard Tibb Məktəbi və Briqham və Qadın Xəstəxanasının alimləri tərəfindən aparılan yeni araşdırmaya görə, müəyyən bir zamanda yeyilən südlü şokolad yağ yandırılmasını dəstəkləyə bilər. Lakin tədqiqatçılar vurğulayırlar ki, bu təsir yalnız konkret saat aralığında özünü göstərir.
“FASEB Journal”da dərc olunan araşdırmada tədqiqatçılar 45 yaşdan yuxarı qadınlarla təcrübə aparıblar.
İştirakçılara səhər oyandıqdan bir saat sonra və gecə yatmazdan bir saat əvvəl 100 qram südlü şokolad verilib. Tədqiqatın nəticələri həmçinin şokolad yeməyənlərlə müqayisə edilib.
Araşdırma nəticələrinə görə, həm səhər, həm də axşam şokolad qəbul edən qruplarda çəki artımı müşahidə olunmayıb.
Üstəlik, səhər şokolad yeyən qadınlarda bədən yağ nisbətlərində və qan şəkəri səviyyələrində azalma müşahidə edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, səhərlər şokolad yemək gün ərzində ümumi kalori qəbulunu 16% azaldır. Bildirilib ki, bu sayədə enerji qəbulu artsa da, şokoladdan istifadə edənlərin təbii iştahı azalır və çəki artımının qarşısını alır. (ölkə.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:04 / 17.06.2025
Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır
Hazırda oxunan: Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır
Hazırda oxunan: Qadınların nəzərinə: Bu saatlarda şokolad yemək arıqladır
255143
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.