Bakıda ilk dəfə keçiriləcək “UFC Fight Night: Hill vs. Rountree Jr.” turniri ərəfəsində azərbaycanlı idmançı Rafael Fiziev "Qarabağ"ın bazasınını ziyarət edib.
Bizim.Media xəbər verir ki, o, baş məşqçi Qurban Qurbanovla görüşüb.
Q.Qurbanov döyüşçüyə "Qarabağ"ın “11” nömrəli formasını hədiyyə edib. Rafael Fiziev isə öz növbəsində Qurbanova UFC-nin rəsmi əlcəklərini təqdim edib.
Daha sonra Rafael Fiziev və "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə məşhur "tirə zərbə" oyununda qüvvələrini sınayıblar. Ardınca Fiziev Bəhlula bir neçə zərbə texnikasını nümayiş etdirib.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:00 / 16.06.2025
Rafael Fiziyev “Qarabağ”ın DÜŞƏRGƏSİNDƏ - FOTO
Hazırda oxunan: Rafael Fiziyev “Qarabağ”ın DÜŞƏRGƏSİNDƏ - FOTO
Hazırda oxunan: Rafael Fiziyev “Qarabağ”ın DÜŞƏRGƏSİNDƏ - FOTO
255029
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.