39 il əvvəl vəfat edən qadının ailəsi ölüm haqqında şəhadətnamə ala bilməyib - SƏBƏB

39 il əvvəl vəfat edən qadının ailəsi ölüm haqqında şəhadətnamə ala bilməyib - SƏBƏB

Hazırda oxunan: 39 il əvvəl vəfat edən qadının ailəsi ölüm haqqında şəhadətnamə ala bilməyib - SƏBƏB

254937

25 avqust 1925-ci ildə anadan olan qadın 18 dekabr 1986-cı il tarixində vəfat edib və həmin tarixdə də dəfn edilib. Lakin bu günə qədər onun ölüm faktı qeydə alınmayıb və ölüm haqqında şəhadətnamə verilməyib.

Bizim.Media xəbər verir ki, vəfat edən qadın Yevlax şəhəri, C.Cabbarlı küçəsi, bina 5, mənzil 15 ünvanında yaşayıb. Həmin ünvanda da vəfat edib.
 

Belə ki, vəfat edən qadının oğlunun müraciətinə əsasən, ölümünü təsdiq edən sənəd olmadığı üçün müvafiq orqandan ona ölüm haqqında şəhadətnamə verilməyib və məhkəməyə müraciət etməsi tövsiyə olunub.


Ona görə də o, bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət edib.

Yevlax Rayon Məhkəməsinin qərarı ilə qadının 1986-cı il tarixdə vəfat etməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilib. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO