“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” – Netanyahu

“Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” – Netanyahu

Hazırda oxunan: “Düşünün, İranın nüvə silahı olsa, nə olardı...” – Netanyahu

254861

Xəbər verdiyimiz kimi, İsrailin Baş naziri Benyamin Netanyahu raket hücumuna məruz qalan Bat Yam şəhərinə səfər edib.

Bizim.Media xəbər verir ki, bu haqda “The Jerusalem Post” məlumat yayıb.

Baş nazir burada İranın hava zərbələri ilə bağlı açıqlamalar verib:
 

“İran qəsdən törətdiyi dinc əhalinin - qadınların, uşaqların - qətlinə görə çox ağır bədəl ödəyəcək. Biz məqsədlərimizə çatacağıq və onlara böyük güclə zərbə vuracağıq. Biz buradayıq, çünki mövcudluq mübarizəsi aparırıq. Hər bir İsrail vətəndaşı üçün aydındır.


Düşünün ki, İranın İsrail şəhərlərinə atmağa nüvə silahı olsaydı, nə olardı... Ona görə də biz xilasetmə müharibəsinə başladıq və bunu gücümüzlə edirik. Əsgərlərimiz, pilotlarımız İran səmasındadır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO