SON DƏQİQƏ: İran iki ölkədən kömək istədi

SON DƏQİQƏ: İran iki ölkədən kömək istədi

Hazırda oxunan: SON DƏQİQƏ: İran iki ölkədən kömək istədi

254842

İran İsrail zərbələrinin dayandırılmasına dair ABŞ ilə danışıqlarda Oman və Qətərdən kömək istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazıb.

Nəşr öz mənbələrinə istinadən qeyd edir ki Tehran bu iki dövlətdən nüvə razılaşması üzrə dialoqa qayıtmaqda kömək istəyir.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.

İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.

Bizim.Media
‌‌‌

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO