Türkiyə komandasında çıxış edən azərbaycanlı şahmatçıdan XƏBƏR VAR

Türkiyə komandasında çıxış edən azərbaycanlı şahmatçıdan XƏBƏR VAR

Hazırda oxunan: Türkiyə komandasında çıxış edən azərbaycanlı şahmatçıdan XƏBƏR VAR

254825

Azərbaycanlı şahmatçı Xaqan Əhməd (2290) dünya reytinqində ikinci olan Hikaru Nakamuraya (ABŞ, 2804) qalib gəlməsinin təsadüfi olmadığını sübut edib.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi instaqram hesabında yazılıb.

FIDE İngiltərənin paytaxtı Londonda keçirilmiş komandalar arasında rapid üzrə dünya çempionatındakı bu görüşü xüsusi qabardıb:

"Günün böyük sürprizi. Xaqan Əhməd Hikaru Nakamuranı heyrətə gətirdi. O, gün ərzində qalibiyyətinin təsadüfi olmadığını sübut etdi. Güclü qrossmeysterlərlə qarşılaşaraq 13 oyundan 9-da qalib gəldi".

Qeyd edək ki, Xaqan Əhmədin 13 yaşı var. O, dünya çempionatında Türkiyə komandasının heyətində çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO