Paşinyan parlament seçkilərində səs verdi - Həyat yoldaşı və övladları da yanında idi – FOTO

Paşinyan parlament seçkilərində səs verdi - Həyat yoldaşı və övladları da yanında idi – FOTO

Hazırda oxunan: Paşinyan parlament seçkilərində səs verdi - Həyat yoldaşı və övladları da yanında idi – FOTO

25482

Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bazar günü parlamentə keçirilən seçkilərdə səs verib. 

Bizim.Media xəbər verir ki, o, paytaxtın inzibati bölgəsi olan Şenqavitdəki seçki məntəqəsinə gəlib. Yanında həyat yoldaşı və dörd övladı da olub.

Bir neçə dəqiqə ondan əvvəl gələn digər vətəndaşlar səs verərkən hökumət başçısı növbədə dayanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda parlament seçkiləri başladı – Paşinyan qalib gələ biləcəkmi?


O, səs verdikdən sonra binanı tərk edib və jurnalistlərin suallarını cavablandırmayıb. Xatırladaq ki, iyunun 20-də Ermənistanda 25 siyasi qüvvənin - 21 partiya və 4 blokun qeydiyyata alındığı erkən parlament seçkiləri keçirilir.

Seçki məntəqələri səhər saat 08: 00-da açılıb. Seçki məntəqələrinin 479-u İrəvanda, 1529-u bölgələrdədir.

2,578 milyon vətəndaşın seçkilərdə iştirak etmək hüququ var (bunlardan 855 mindən çoxu paytaxtdadır). Siyasi qüvvələrin parlamentə minimum daxil olma həddi partiyalar üçün 5%, bloklar üçün 7%-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO