“Sabah” baş məşqçisi Vasili Berezutski ilə yollarını ayırıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verilməsi barədə qərar qəbul olunub. Klub Rusiyalı mütəxəssisə peşəkarlığına, işə məsuliyyətli yanaşmasına və komandanın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə dərin təşəkkürünü bildirib.
Xatırladaq ki, Vasili Berezutski "Sabah"a ötən ilin noyabrında təyin olunmuşdu. O, başa çatan mövsümdə kluba tarixində ilk titulunu - Azərbaycan kubokunu qazandırmışdı.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:46 / 14.06.2025
"Sabah" Berezutski ilə yollarını ayırdı
Hazırda oxunan: "Sabah" Berezutski ilə yollarını ayırdı
Hazırda oxunan: "Sabah" Berezutski ilə yollarını ayırdı
254740
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.