Rusiyalı səfir ABŞ-a uçan təyyarəyə mindi – VƏZİFƏSİNƏ QAYIDIR

Rusiyalı səfir ABŞ-a uçan təyyarəyə mindi – VƏZİFƏSİNƏ QAYIDIR

Hazırda oxunan: Rusiyalı səfir ABŞ-a uçan təyyarəyə mindi – VƏZİFƏSİNƏ QAYIDIR

25474

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov 20 iyun səhəri Moskvanın Şeremetyevo hava limanına gəlib və ABŞ-a uçacaq bir təyyarəyə minib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya səfiri ABŞ-a geri qayıdır - Putin açıqladı 


Mənbə yazır ki, iki ölkə arasında səfirlərin işini bərpa etmək barədə razılıq prezidentlər Vladimir Putin və Co Bayden arasında 16 iyunda Cenevrədə keçirilən sammit zamanı əldə edilib. 

Daha sonra Rusiya Xarici İşlər Nazirliyi diplomatik nümayəndəliyin rəhbəri Antonovun növbəti iş həftəsini Vaşinqtonda keçirəcəyini bildirib.

ABŞ-ın Moskvadakı səfiri Con Sallivanın da qısa müddətdə işinə qayıdacağı deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO