“Qarabağ”la bağlı transfer iddiası - Dieqo Kampos…

“Qarabağ”la bağlı transfer iddiası - Dieqo Kampos…

Hazırda oxunan: “Qarabağ”la bağlı transfer iddiası - Dieqo Kampos…

254715

Kosta-Rika milli komandasının futbolçusu Dieqo Kampos (Diego Campos) karyerasını Azərbaycanda davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.

Yerli mənbələr Azərbaycan çempionu “Qarabağ”ın 29 yaşlı futbolçuya maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.

Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense” klubuna təklif də irəli sürüb. Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.

Qeyd edək ki, Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.

Dieqo Kampos milli komandasında 3 oyun keçirib və 1 qol vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO