İrandan gətirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq narkotik AŞKARLANDI - FOTO

İrandan gətirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq narkotik AŞKARLANDI - FOTO

Hazırda oxunan: İrandan gətirilən “təzə qarpız” yükündə 207 kq-dan artıq narkotik AŞKARLANDI - FOTO

254709

Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycandan tranzit keçən və İrandan Rusiyaya “təzə qarpız” daşıyan nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində gömrük baxışına cəlb olunub. Yükə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və şübhəli təsvirlər müşahidə edilib.

Daha ətraflı yoxlama zamanı kinoloji xidmət iti 16 paletə reaksiya verib. Həmin paletlərdəki qarpız yükünün altından, gömrük nəzarətindən gizlədilmiş 64 ədəd bağlamada, qablaşdırma ilə birlikdə ümumi çəkisi 207 kiloqram 620 qram olan marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO