İranda yaranmış böhranla əlaqədar Azərbaycana təxliyə ediləcək xarici ölkə vətəndaşlarının Astara gömrük-keçid məntəqəsindən ölkəyə daxil olacağı gözlənilir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasına edilən müraciətlər əsasında həyata keçirilən təxliyə tədbirləri çərçivəsində, Astara sərhəd-buraxılış məntəqəsində bir sıra ölkələrin nümayəndə və vətəndaşlarının, o cümlədən Rusiyanın P. Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiya Xalq artisti və rejissor Fyodr Bondarçukun da daxil olduğu 90 nəfərə yaxın aktyor və incəsənət nümayəndəsinin quru yolla keçidi planlaşdırılıb.
Astara gömrüyündə təxliyə olunan şəxslərin qarşılanması üçün lazımi şərait yaradılıb.
Onlar üçün çay süfrəsi təşkil edilib, səhhətlərində narahatlıq yaranacağı təqdirdə dərhal müdaxilə üçün əraziyə təcili tibbi yardım avtomobili və həkim briqadası cəlb olunub.
Həmçinin ölkəmizə təxliyə ediləcək şəxslərin yola salınması üçun artıq avtobuslar da əraziyə yerləşdirilib.
Sabutay, Bizim.Media, Cənub bürosu.

- A-
- A
- A+
Dünya
00:20 / 14.06.2025
İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO
Hazırda oxunan: İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO
Hazırda oxunan: İrandan təxliyə ediləcək əcnəbilər Astara gömrüyündən BURAXILACAQ - FOTO
254629
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.