Bu şəxslərin də təqaüdü ARTIRILDI

Bu şəxslərin də təqaüdü ARTIRILDI

Hazırda oxunan: Bu şəxslərin də təqaüdü ARTIRILDI

254403

Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü artırılıb.

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda öz əksini tapıb.

Fərmanla, iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 500 manatdan 600 manata, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 400 manatdan 500 manata, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 330 manatrdan 400 manata qaldırılıb.

Bundan əlavə, Çernobıl AES-də qəzanın ləğvi ilə, terror hadisəsi ilə əlaqədar səbəblərdən baş vermiş əlilliyə görə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 270 manatdan 300 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 150 manatdan 180 manata qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO