Salyanda dəhşətli olay - 4 uşaq anası özünü Kürə atdı - YENİLƏNİB

Salyanda dəhşətli olay - 4 uşaq anası özünü Kürə atdı - YENİLƏNİB

Hazırda oxunan: Salyanda dəhşətli olay - 4 uşaq anası özünü Kürə atdı - YENİLƏNİB

25440

Salyan rayonun Seyidsadıqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızının kənd ərazisindən keçən Akkauşa çayında (Bala Kür) boğulduğu ehtimal olunur.

Bizim.Media report-a istinadla xəbər verir ki, buna səbəb A. Bəndəliyevanın “Mən özümü Kürə atacam” yazısının olmasıdır.

Bundan narahat olan qadının yaxınları Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat veriblər.

Hadisə yerinə FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib. Hazırda Akkuşa çayında axtarışlar davam etdirilir.

Qeyd edək ki, A. Bəndəliyeva ailəlidir, 3 qızı, 1 oğlu var.

***

Kür çayının Salyan rayonu, Seyidsadıqlı kəndi ərazisindən keçən hissəsində 1992-ci il təvəllüdlü Bəndəliyeva Ayşən Nemət qızı batıb.

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Qeyd olunub ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO