Rusiya bu gecə də Xarkova zərbə endirdi: 12 yaralı var –FOTO-VİDEO

Rusiya bu gecə də Xarkova zərbə endirdi: 12 yaralı var –FOTO-VİDEO

Hazırda oxunan: Rusiya bu gecə də Xarkova zərbə endirdi: 12 yaralı var –FOTO-VİDEO

254270

Ötən gecə Rusiya Xarkov şəhərini atəşə tutub.

Bizim.Media xəbər verir ki, şəhərin bir neçə rayonu raket zərbələrinə məruz qalıb. Ümumilikdə 11 raket zərbəsi qeydə alınıb. Şəhər meri bildirib ki, zərbələr əsasən yaşayış məhəllələrinə, təhsil müəssisələrinə, uşaq bağçalarına və infrastruktur obyektlərinə dəyib. Onlarla avtomobil zədələnib, məktəblərin və evlərin pəncərələri qırılıb.

Hadisə nəticəsində 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan 4-ü uşaqdır.

Qeyd edək ki, ötən gecə də Rusiya Xarkovu 15 ədəd “Şahed” dronu ilə hücuma məruz qoymuşdu.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi bildirib ki, ötən gecə ərzində Ukraynaya məxsus 52 pilotsuz uçuş aparatı (PUA) Rusiya səmasında vurulub:

41-i Belqorod vilayəti üzərində,

6-sı Bryansk vilayəti üzərində,

3-ü Moskva bölgəsində,

2-si isə anneksiya olunmuş Krım üzərində.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO