Tiktoker İlhamə: “Narkoman deyiləm, gül kimi qızam” – FOTO

Tiktoker İlhamə: “Narkoman deyiləm, gül kimi qızam” – FOTO

Hazırda oxunan: Tiktoker İlhamə: “Narkoman deyiləm, gül kimi qızam” – FOTO

254189

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Bizim.Media xəbər verir ki, onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Kürdəxanı təcridxanasından məhkəmə zalına gətirilən xanım müttəhim həbsdə saxlanılmasına etiraz edib.

Özünü təqsirli bilməyən İ.Elşadqızı hesab edir ki, azadlıqda olması cəmiyyət üçün daha faydalı olar: “Bu gün müqəddəratım həll olunur. Əziyyət çəkib bu qədər əsərlər yazmışam. Mən sıradan bir adam deyiləm. Mən jurnalistəm, narkotik çəkən deyiləm. Tərtəmizəm, gül kimi də qızam”.

Prosesin davamında evdə əməliyyat keçirən polislər şahid qismində ifadə veriblər. Onlar təqsirləndirilən şəxsin əsassız tutulmasını və başqa iddialarını təkzib ediblər: “Daxil olmuş məlumat əsasında mənzilində əməliyyat keçirmişik. Evdə narkotik aşkar edilib, daha sonra şəxsi polis idarəsinə aparmışıq. Təqsirləndirilən şəxsin ona təzyiq edilməsi və ya evinə narkotik atılması ilə bağlı dedikləri hamısı şər-böhtandır”.

Qeyd edək ki, İ.Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham verilib. Təqsiri sübuta yetirilərsə, 3 ildən 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. (Qafqazinfo.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO