Los-Anceles sakinlərinə XƏBƏRDARLIQ edildi: “Küçələrə çıxmayın” – VİDEO

Los-Anceles sakinlərinə XƏBƏRDARLIQ edildi: “Küçələrə çıxmayın” – VİDEO

Hazırda oxunan: Los-Anceles sakinlərinə XƏBƏRDARLIQ edildi: “Küçələrə çıxmayın” – VİDEO

254079

Los-Ancelesin bəzi rayonlarında davam edən etirazlar səbəbindən komendant saatı tətbiq edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Los-Ancelesin meri Karen Bass özünün "X" səhifəsində məlumat verib.

K.Bass şəhər sakinlərini mərkəzi hissədən uzaq durmağa çağırıb və xəbərdarlıq edib ki, komendant saatını pozan şəxslər saxlanılacaq və məsuliyyətə cəlb olunacaqlar.

"Əgər Los-Ancelesin mərkəzində yaşamırsınızsa və ya işləmirsinizsə, lütfən, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozan hər kəsi həbs edəcək", - Karen Bass vurğulayıb.

Mer etirazlar nəticəsində şəhərə ciddi ziyan dəydiyini də açıqlayıb.

Qeyd edək ki, Los-Ancelesdəki qanunsuz mühacirlərə qarşı polis basqınlarından sonra şəhərdə iğtişaşlar baş verib.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO