Ermənistanın tanınmış ictimai fəalı Roman Bağdasaryan, bütün ermənilərin katolikosu II Qareginə qarşı görünməmiş dərəcədə sərt ittihamlarla çıxış edib. O, Katolikosu 25 il ərzində Rusiyanın xüsusi xidmət orqanları (FTX) ilə əməkdaşlıqda günahlandırıb.
Bizim.Media xəbər verir ki, Bağdasaryan bu barədə özünün Facebook səhifəsində yazıb.
“Bu adamda ən iyrənc nədir, bilirsinizmi? O, çox gözəl bilir ki, xalq onu necə nifrətlə qarşılayır. Amma 25 ildir FTX-nin tapşırığı ilə Katolikos obrazı oynamağa davam edir. Bu şəxs Katolikos yox, bir canavardır!”, deyə o, qeyd edib.
İctimai fəalın bu ifadələri Erməni Apostol Kilsəsinin və onun rəhbərliyinin nüfuzuna yönəlmiş ən sərt ictimai hücumlardan biri kimi qiymətləndirilir.
Bağdasaryan sözlərinin sonunda birbaşa II Qareginə müraciət edib:
“Əgər bütün xalq sizə nifrət etsə, siz yenə də bütün ermənilərin Katolikosu olaraq qalacaqsınız?”.
Xatırladaq ki, son günlərdə baş nazir Nikol Paşinyan da daxil olmaqla, bir sıra siyasi və ictimai fiqurlar Katolikos II Qaregini tənqid və ittiham atəşinə tutublar. Paşinyan onu subaylıq əhdini pozmaqda və kilsəni islah etməməkdə, Bağdasaryan isə birbaşa xarici xüsusi xidmət orqanları ilə işləməkdə ittiham edir.
Bu hücumlar fonunda Erməni Apostol Kilsəsinin rəhbərliyi ciddi təzyiq altına düşüb və cəmiyyətdə kilsənin gələcəyi ilə bağlı gərgin debatlar başlayıb.
Bağdasaryanın son çıxışı, kilsə və dövlət arasında gərginliyin artıq kəskin qarşıdurma səviyyəsinə çatdığını göstərir. İctimai etimadın sarsılması fonunda Katolikosun gələcək taleyi sual altındadır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:21 / 10.06.2025
Roman Bağdasaryan Katolikos II Qaregini “canavar” adlandırdı - FOTO
Hazırda oxunan: Roman Bağdasaryan Katolikos II Qaregini “canavar” adlandırdı - FOTO
Hazırda oxunan: Roman Bağdasaryan Katolikos II Qaregini “canavar” adlandırdı - FOTO
253891
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.